Azərbaycan  |  English

       

Linklər

 
www.agro.gov.az
www.worldbank.org
www.mha.az
 

Əməliyyatlar üçün Təlimat Kitabı

MİNNƏTDARLIQ

AzKİL Əməliyyatlar üçün Təlimat Kitabı Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma Layihə Dövriyyəsi, Satınalma, Ödənişlər, Məlumat İdarəetmə Sistemi və İcma Layihələrinin icrası üzrə spesifikasiyaları və normaları əhatə edən rəsmi sənədidir və Layihə İdarəetmə Qrupu, Regional Əməliyyat Ofisləri və Xidmət Təchizatçıları fəaliyyətlərini bu rəsmi sənədə əsasən  həyata keçirirlər.

“Əməliyyatlar üçün Təlimat Kitabı” icma layihələrini həyata keçirən icmalara daha çox dəstək vermək məqsədilə yüksək səy və işgüzarlıq nəticəsində İşçi Qrupu tərəfindən hazırlanmışdır.

 Azərbaycan Kənd İnvestisiya Layihəsi bu təlimatın hazırlanmasında əməyi olan Emi Evans, Kerin Fok, Culian Lampetti, Bob Leonard, Gülbəniz Qənbərova, Ncerri Muhoho, Kamal Siblini, Suha Satana və Elmas Arisoya göstərdikləri səy və verdikləri dəyərli töhfə qarşılığında dərin minnətdarlığını bildirir.

Azərbaycan Kənd İnvestisiya Layihəsi, Layihə İdarəetmə Qrupu və icraçı tərəfdaşların istifadəsi üçün çox faydalı, məqsədəuyğun və yardımçı olan bu təlimatın hazırlıq prosesinə yüksək səviyyədə rəhbərlik etdiyi üçün  Pit Guvertsə xüsusi minnətdarlıq bildirir.

Həmçinin, Azərbaycan Kənd İnvestisiya Layihəsi layihənin dizaynı prosesində təşkilati bacarıqların artırılması və ictimaiyyətlə əlaqələr kimi əhəmiyyətli məsələlər üzrə ölkədə icra olunan əhəmiyyətli layihələrin təcrübəsindən və öyrənilmiş dərslərdən istifadə etmişdir. Bu səbəbdən, AzKİL sözügedən təşkilatlara verdikləri töhfələr üçün dərin təşəkkürünü bildirir. AzKİL Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Avrasiya Fondu, Mercy Korpus, Beynəlxalq Xilasetmə Komitəsi, Uşaqların Xilası, Adventist İnkişaf və Yardım Agentliyi, CHF Beynəlxalq Təşkilatı, Dövlət Statistika Komitəsi, Birləşmiş Millətlər Təşkilatı Qaçqınlarla iş üzrə Ali Komissarlığı və Buxar Şirkətinə dərin minnətdarlığını bildirir.

Bu nüsxə AzKİL Əməliyyatlar üçün Təlimat Kitabıının yenidən işlənib hazırlanmış versiyasıdır. Təkmilləşdirmənin məqsədi Yanvar 2005 - Yanvar 2010 -cu il tarixləri arasında Layihənin icrası qaydalarında həyata keçirilən əsas dəyişiklikləri Təlimatda əks etdirməkdir.

Göstərilən müddət ərzində əldə edilmiş nailiyyətlər, qazanılmış dəyərli təcrübə və öyrənilmiş dərslərin səmərəli tətbiqi sahəsində AzKİL Layihə İdarəetmə Qrupu Dünya Bankı Tapşırıq Qrupunun göstərdiyi diqqət, qayğı və sıx əməkdaşlığı yüksək qiymətləndirir.  

 

2- ci cild: ƏMƏLİYYAT QAYDALARI

3- cü cild: İSTİNAD ÜÇÜN TƏLİMATLAR/Bölmə 6 - Təhlükəsizlik qaydaları

Ikinci AzKIL Ekoloji İdarəetmə Planı

Foto Qalereya






daxil ol
 

Uğur hekayələri


 EL BIR OLSA DAĞ OYNADAR YERİNDƏN


 RƏVAN İCMASINA APARAN YOL DA RƏVANDIR


 İLK ADDIMIN SEVİNCİ


 İCMANIN İFTİXARI


Bütün uğur hekayələri

 
 
 

Azərbaycan Kənd İnvestisiya Layihəsi
Rəsmi veb sayt, 2007