Azərbaycan  |  English

       

Linklər

 

     

www.agro.gov.az 

 

     

  www.worldbank.org     

   

www.agrocredit.gov.az

 

 

AzKİL nədir?

AzKİL ölkəmizin altı regionunda infrastruktur layihələrini hazırlayıb icra etmək üçün kənd icmalarına yönəldilən, Azərbaycan Hökuməti və Dünya Bankının təşəbbüsü ilə yaradılıb maliyyələşdirilən və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihədir. Sözügedən altı region və bu regionlara daxil olan rayonlar aşağıdakılardır:  

MUĞAN - SALYAN

 DÜZƏN ŞİRVAN

NAXÇIVAN

ŞİMAL

ŞİMAL – QƏRB

Qarabağ:

 

Cəlilabad

Hacıqabul

Sədərək

İsmayıllı

Ağstafa

    Ağdam

Neftçala

Kürdəmir

Şərur

Qəbələ

Qazax   

    Füzuli

Salyan

Zərdab

Şahbuz

Oğuz

Tovuz

    Bərdə

Saatlı

Ucar

Babək

Şəki

Gədəbəy

    Tər-Tər

İmişli

Göyçay

Culfa

Qax

Samux

    Ağcabədi

Biləsuvar

Ağdaş

Ordubad

Balakən

Goranboy

    Beyləqan

Sabirabad 

Yevlax

Kəngərli

Zaqatala

Şəmkir

 

Astara

 

 

Quba

Göy Göl

 

Masallı

 

 

Qusar

Daşkəsən

 

Yardımlı 

 

 

Xaçmaz

Tərtər

 

Lənkəran

 

 

Ağsu

Bərdə

 

Lerik

 

 

Qobustan

 

 

 

 

 

Abşeron 

 

 

 

 

 

  Siyəzən

 

 

 

 

 

  Şabran

 

 

 

 

 

  Xızı

 

 

   

LAYİHƏNİN MƏQSƏDİ

 

Layihənin həyata keçirilməsində məqsəd icma yönümlü kənd infrastrukturlarına çıxışı və istifadəni artırmaq və kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini genişləndirməkdir.

 

AzKİL NECƏ İŞLƏYİR?

 

AzKİL-2 Əlavə Maliyyələşmə özünün sosial vəziyyətini yaxşılaşdırmaq üçün vaxt, əmək və maliyyə yardımı göstərməyə hazır olan icmaları maliyyə və texniki yardımla təmin edir. Həyata keçirilən layihələrə məktəblərin, tibb məntəqələrinin, xəstəxanaların, içməli su qurğularının, suvarma sistemlərinin, elektrik sistemlərinin, yolların, körpülərin, icma mərkəzlərinin və s. bərpası və ya tikintisi daxildir.

2005-2015-ci illər ərzində AzKİL və Əlavə Maliyyələşdirmə çərçivəsində 1176 icma layihəsi həyata keçirilmişdir ki, bura 654 yol, 174 içməli su, 71 elektrik, 30 məktəb, 43 suvarma, 63 tibb məntəqəsi, 51 drenaj, 74 abadlaşdırma və 2 piyada körpüsü, 8 uşaq bağçası və 6 pilot gəlirgətirən layihələri daxildir.

 

AzKİL ÖZ FƏALİYYƏTİNİ İKİ ƏSAS SƏNƏD ƏSASINDA QURUR:

1. Layihənin Qiymətləndirilmə Sənədi (LQS)AzKİL ilə əlaqədar olan bütün məsələləri əks etdirir. Buraya layihənin inkişaf etdirilmə məqsədləri, strategiyaya aid olan mövzular, layihənin təsviri, dayanıqlığı, risk ehtimalı və s. daxildir. Layihənin işçi heyəti öz vəzifə tapşırıqlarını yerinə yetirərkən rəsmi sənəd kimi LQS-dən istifadə edir.  

2. Əməliyyatlar üçün Təlimat KitabıBacarıqların Artırılması və İcma Layihələrinin həyata keçirilməsi üçün bütün lazımi təlimatlar, qaydalar və meyarlar buraya daxildir. Təlimat kitabı  5 hissədən ibarətdir:

 

I Hissə -     Qaydalar və Təlimatlar

II Hissə -    Əməliyyat Qaydaları

III Hissə -   İstinad üçün Təlimat Kitabı

IV Hissə-     İctimaiyyəti Məlumatlandırma

V Hissə -      Maliyyə 

LAYİHƏ ÜÇ KOMPONENTDƏN İBARƏTDİR: 

Komponent A – Kənd yerlərində icma infrastrukturları və Gəlir Gətirən layihələr 

İcmalar tərəfindən müəyyən olunmuş ən vacib ehtiyaclara əsasən kənd infrastrukturunun müəyyən edilməsi, layihələndirilməsi, tikintisi, bərpası, istismarı və texniki xidməti birinci komponentə daxil edilmişdir. İcma layihələri üçün orta məbləğ 55.000 ABŞ dollarıdır. Məblği 85.000 ABŞ dollarından artıq olan layihələrə layihənin İşçi Qrupu tərəfindən rəy  verilir.  

Komponent B – Kənd İnfrastrukturları və Gəlir Gətirən Layihələr üçün Texniki Dəstək 

Layihəyə cəlb olunmuş yerli tərəfdaşların, o cümlədən İcma Qrupları, yerli Hökumət, Regional Qrant Təsdiqi Komissiyaları, Layihə Köməkçi Heyəti və Regional Əməliyyat Ofislərinin işçi heyətinin bacarıqları müxtəlif treninqlər, konfranslar, seminarlar və məsləhətlər vasitəsilə təkmilləşdirilir. 

Komponent C – Layihənin İdarəedilməsi və Nəticələrin Monitorinqi 

Bu komponentə tədarük, ödəmə, maliyyə idarəetməsi və eləcə də hesabat vermə, monitorinq və qiymətləndirmə işlərinin yerinə yetirilməsi üçün təcrübəli işçi heyətinin işə götürülməsi ilə birlikdə layihənin inzibati və əməliyyat nöqteyi nəzərindən maliyyələşdirilməsi və idarəetmə xərcləri daxildir.

LAYİHƏDƏ ƏSAS MƏQAMLAR: 

1. İcmalar infrastruktur ehtiyacları, səfərbərlik, layihə həyata keçirmə və dayanıqlığı təmin etmə bacarıqlarına görə seçilir. 

2.  AzKİL layihələrinin 90% maliyyıləşdirir. Maliyyə payının ən azı 10%-i icmalar tərəfindən təmin ediləcək. İcma payının ən azı 2%-i  nəğd pulla ödənilir. Qalan 8% əmək və ya material təminatı şəklində ola bilər. 

 

3. Seçilmiş icmalar Layihə Köməkçi Heyətinin (LKH) köməyi ilə  səfərbər olunurlar. LKH ehtiyacların müəyyən edilməsi, ən vacib layihələrin seçilməsi, habelə İcma Qrupunun təşkil edilməsi prosesinin açıq və şəffaf keçirilməsi üçün icmalara yardım edir. 

 

4. LKH İcma Qruplarını, Bələdiyyə üzvlərini, yerli İcra Orqanlarını və başqa icma liderlərini rəhbərlik, idarəetmə, planlaşdırma, mühasibat, tədarük, layihənin həyata keçirilməsi, monitorinq və layihə təkliflərinin yazılması barədə təlimatlandırır. 

 

5. İcmanın Səfərbərliyi və təlim başa çatdıqdan sonra icmalar özləri təyin etdikləri mühəndislərin və Xidmət Təchizatçılarının köməkliyi ilə layihələri hazırlayır, planlaşdırır və öz təkliflərini təsdiq olunmaq üçün AzKİL-ə təqdim edirlər. 

 

6. Layihənin dizaynı, məqsədəmüvafiqliyi, icma razılığının və AzKİL sahə qiymətləndirməsinin şəffaflığı layihə təklifinin təsdiqi üçün əsas amillərdir.

 

7. Dəyəri 15,000 ABD-dən aşağı olan layihələrin materiallarının alınması və tikinti işlərinin aparılması icmanın özü tərəfindən həyata keçirilə bilər. Dəyəri 15,000 ABD-dən yuxarı olan layihələrdə işlərin icrası üçün açıq müsabiqəli tender qaydaları əsasında podratçı təyin edilir. 

 

8.  İcma layihənin idarə olunması üçün öz fondu olan İstismar Komitəsi yaradır.  

İcma zəmanət verməlidir ki, İcma Layihəsinin istismarı, texniki xidməti və davamlılığı üçün müvafiq tədbirlər, ya bələdiyyə, ya da İƏT tərəfindən təmin ediləcək.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Foto Qalereya






daxil ol
 

Uğur hekayələri


 AzKIL-in İlk Pilot Gəlir Gətirən Layihəsi


 Növbəti İnkubator Sexi Kamallıda Fəaliyyətə Başladı


 İnkişafa Doğru Uğurla Addımlayan Gələbədin İcması


 İnkişafa Aparan Yol Qayaları Yardı


Bütün uğur hekayələri

 
 
 

Azərbaycan Kənd İnvestisiya Layihəsi
Rəsmi veb sayt, 2007