Azərbaycan  |  English

       

Linklər

 
www.agro.gov.az
www.worldbank.org
www.mha.az
 

AzKİL nədir?

AzKİL ölkəmizin beş regionunda infrastruktur layihələrini hazırlayıb icra etmək üçün kənd icmalarına yönəldilən, Azərbaycan Hökuməti və Dünya Bankının təşəbbüsü ilə yaradılıb maliyyələşdirilən və ...

davamı

Xəbərlər

Növbəti icma layihələrinin açılış mərasimləri

            21 dekabr 2011-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində icra olunan və Azərbaycan Hökuməti ilə Dünya Bankının  maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) gerçəkləşdirdiyi növbəti icma layihələrinin açılış mərasimi İsmayıllı rayonunun  Mollaisaqlı və Hacıhətəmli icmalarında düzənləndi...>>>ətraflı

22-12-2011


III MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

2011-ci il iyul ayının  18-19-da Bakı şəhərində, Qrand Avropa otelində, AzKİL-in Layihə İdarəetmə Qrupunun təşkilatçılığı və maliyyə dəstəyi ilə AzKIL Icma Şəbəkəsi proqramının zirvə toplantısı olan III Milli İcma İnvestisiya Konfransı keçirilmişdir...>>>ətraflı

20-07-2011


AzKİL 2 - ƏTRAF MÜHİT ÜZRƏ İDARƏETMƏ PLANININ İCTİMAİYYƏTƏ AÇIQLANMASI

Regional infrastrukturun davamlı inkişafı sahəsində prioritet layihələrin hazırlanması, onların müzakirə, qəbul və gerçəkləşdirilməsində milli sərvətimizin ən qiymətli komponenti olan ətraf mühitin mühafizəsi və bərpası, onun çirklənməsinin azaldılması, ekoloji təhsil, maarifləndirmə məsələlərinə işıq tutan, AzKİL-in ekologiya sferasındakı siyasətinin bariz göstəricisi olan ətraf mühit seminarları qarşıya qoyduğu "İkinci AzKİL Ekoloji İdarəetmə Planı"nın ictimaiyyətə tanıtmaq missiyasını da müvəffəqiyyətlə yerinə yetirdi, əməkdaşlıq edilən icmaların, yerli icra və bələdiyyə orqanlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmə, QHT nümayəndələrini bir araya gətirərək bu  silsilə tədbirlərin əhəmiyyətliliyini bir daha təsdiq etdi.>>>ətraflı

11-03-2011


AzKİL 2- nin EKOLOJİ İDARƏETMƏ PLANI HAZIRLANMIŞDIR

Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatlar uğurlu nəticələr verməkdədir. Bu baxımdan xüsusi olaraq Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafını qeyd etmək lazımdır. Son illər qəbul edilmiş və müvəffəqiyyətlə həyata  keçirilən proqramlar sırasında Azərbaycan Kənd İnvestisiya Layihəsinin  önəmli yeri var.   

Azərbaycan Hökuməti və Dünya Bankı arasında olan razılaşmaya əsasən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən genişmiqyaslı İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitin Azərbaycan Kənd İnvestisiya Layihəsinin mövcud zonalarına daxil olmayan yeni 11 rayon da əlavə olmaqla ölkənin bütün rayonlarında  reallaşması planlaşdırılır.                                                                                   

Layihəyə əlavə edilmiş  yeni  ərazilərdə  ekoloji  cəhətdən  həssas obyektlər  olduğu  üçün  (Milli Parklar,  Dövlət Qoruqları və s.)  icma  layihələrinin  seçimi  barədə  qərarvermənin  təkmilləşdirilməsi məqsədi ilə İkinci AzKİL Ekoloji İdarəetmə Planı hazırlanmışdır. >>> ətraflı                                                                                    

07-03-2011


Foto Qalereya






daxil ol
 

Uğur hekayələri


 İLK ADDIMIN SEVİNCİ


 İCMANIN İFTİXARI


 İCMANIN KÖNÜL RAHATLIĞI


 YOLLA YENİDƏN DOĞUŞ


Bütün uğur hekayələri

 
 
 

Azərbaycan Kənd İnvestisiya Layihəsi
Rəsmi veb sayt, 2007